Rəqsanə İsmayılova barəsində yeni qərar

16:36 10.03.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Müğənni Rəqsanə İsmayılovanın barəsində olan ev dustaqlığı qətimkan tədbiri bir aya qədər uzadılıb.

Hafta.az xəbər verir ki, bu barədə Sabunçu Rayon Məhkəməsi istintaq orqanının vəsatəti əsasında qərar qəbul edib.

Məlumata görə, onun barəsində olan ev dustaqlığı qətimkan tədbiri aprelin 4-nə qədər artırılıb.

Qeyd edək ki, R.İsmayılova ötən ilin avqust ayında həbs edilib və avqustun 16-da barəsində həbs qətimkan tədbiri seçilib.

Həmin ilin noyabrın 19-da vəkilinin vəsatəti əsasında onun barəsində olan həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəz olunub.